Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb
2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1808,0 min nəfər olub.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, iqtisadiyyatın dövlət sektorunda işçilərin sayı 868,8 min nəfər, qeyri-dövlət sektorunda isə 942,2 min nəfər təşkil edib.
Hesabat dövründə özünüməşğulluq proqramına 16,8 min nəfər cəlb olunub. Onlardan 8,8 min nəfəri kənd təsərrüfatı, 8,0 min nəfəri isə istehsal-xidmət sahəsini əhatə edir. Həmin şəxslərdən 94 nəfəri şəhid ailəsi üzvü, 1,3 min nəfəri əlilliyi olan şəxs, 976 nəfəri keçmiş məcburi köçkün, 6,5 min nəfəri qadın, 2,5 min nəfəri 29 yaşadək gənc, 262 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs və 131 nəfəri ünvanlı dövlət sosial yardımı alan şəxslərdir.
Digər Xəbərlər
14 Aprel 2026 10:51
Azərbaycanda dollarlaşma azalır
14 Aprel 2026 10:38
Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB
14 Aprel 2026 10:10
Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdirib – Millət vəkili
13 Aprel 2026 17:02
Ötən il aktivlər və kredit portfelləri üzrə təmərküzləşmə azalıb
13 Aprel 2026 12:44
"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat
13 Aprel 2026 12:29
"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat
13 Aprel 2026 12:13
"Proseslərin elektronlaşması problemi tam həll etmir" - Vüqar Gülməmmədov
13 Aprel 2026 11:33


Bakı -°C

