adalet.az header logo
  • Bakı -°C
10 May 2026 10:27
200
GÜNDƏM
A- A+

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.

Adalet.az xəbər verir ki, nazir ulu öndərin məzarı önünə gül dəstəsi qoyaraq xatirəsinə ehtiramını bildirib.

Qeyd edək ki, ziyarət çərçivəsində ümummilli liderin Azərbaycan diplomatiyasının formalaşmasında və beynəlxalq əlaqələrin inkişafında qoyduğu izlər vurğulanıb.

 

***

10:03

Ümumilli liderin məzarı başına ziyarətçi axını davam edir.

Adalet.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və səhiyyə naziri Teymur Musayev də Fəxri xiyabanı ziyarət edərək Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.

 

***

09:59

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dövlət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər.

Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, PA rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi Hikmət Hacıyev Ulu Öndərin məzarı önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Akademik Zərifə Əliyevain də məzarı ziyarət olunub.