Dövlət və hökumət rəsmiləri Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər hökumət rəsmiləri Zəfər parkında olublar.
Adalet.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Digər Xəbərlər

Xalq generalını unutmur - VİDEO

“Hərbiçilərimizin sosial təminatının daha da gücləndirilməsi dövlətin diqqət mərkəzindədir”

Prezident Zəfər parkına əklil göndərib - FOTO

Nümayəndə heyətimizin Nyu-Yorkdan Vətənə qayıdışı ilə bağlı paylaşım etdi

Ombudsman mina xəritələrindən danışdı

"Bu, Vətən müharibəsidir!" - Hikmət Hacıyevin hərbi əməliyyatlarla bağlı ilk brifinqi

Nazirlik müharibədən görüntülər paylaşdı - VİDEO
