“Hərbiçilərimizin sosial təminatının daha da gücləndirilməsi dövlətin diqqət mərkəzindədir”

“5 il əvvəl- Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi Şanlı Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 27 Sentyabr Azərbaycan tarixinə Anim Günü kimi düşdü. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Lokal anti-terror əməliyyatları ilə isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
“Azərbaycan dövləti hər zaman öz əsgərinin yanındadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Ordumuzun maddi-texniki və hərbiçilərimizin sosial təminatının daha da gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir.
Vətən müharibəsindən keçən müddətdə şəhid ailəllərinə və qazilərimizə dövlət hesabına 6.8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev verilib. Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı bu ildə də davam etdirilir. 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərclərinin 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 318,5 milyon manat artırılaraq 8.7 milyard manata çatdırılması gözlənilir. Bu xərclər əsasən ordumuzun maddi-texniki bazasının daha da gücləndirilməsinə sərf olunur. Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm”,-deyə bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Alyona Əliyevadan Anım Günü paylaşımı

Bir dəqiqəlik sükut...

Xalq generalını unutmur - VİDEO

Prezident Zəfər parkına əklil göndərib - FOTO

Nümayəndə heyətimizin Nyu-Yorkdan Vətənə qayıdışı ilə bağlı paylaşım etdi

Ombudsman mina xəritələrindən danışdı

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - FOTOLAR
