27 Sentyabr 2025 11:01
101
DÜNYA

“ABŞ və Türkiyə arasında siyasi iqtisadi təhlükəsizlik mərhələsi başlayır”

“ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident Donald Tramla görüşü planlaşdırılan saatdan daha çox davam etdi və tərəflər kifayət qədər gündəmdə olan məsələləri müzakirə etdilər, razılaşmalar əldə olundu, xüsusilə yaxın Şərqdə iki ölkə həm Suriya, həm də Qəzza məsələsində ikitərəfli danışıqlar apardılar”.

Bunu Adalet.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, prezidentlər həmçinin Türkiyənin F-35 və F-16-ların ABŞ-dən alınması və ABŞ-nin sankiyaları aradan götürməsi məsələləri müzakirə olundu:

“Xüsusilə də Trampın istəyi ondan ibarətdir ki, Türkiyə Rusiyadan neft və qaz alışını dayandırsın və həmçinin 200 ədən “Boeing” satışını da tərəflər müəyyən qədər razılaşıblar. Göründüyü kimi yeni dünya siyasi nizamında yaxın şərqdə hər iki ölkə ikitərəfli münasibətlər sistemini inkişaf etdirəcəklər. Yeni müqavilələrin imzalanması, yeni razılaşmaların əldə olunması gündəmdədir. Türkiyə üçün əsas məsələ təbii ki, əlverişli sazişin imzalanması, Qəzzada müharibələrin dayandırılması, ortaq bir məxrəcə gəlmək üçün Türkiyə və ABŞ bundan sonra daha da ikitərəfli işləyəcəklər. Hesab edirəm ki, ABŞ və Türkiyə arasında siyasi iqtisadi təhlükəsizlik mərhələsi başlayır. Bütün bunlar onu göstərir ki, Coo Bayden dövründə olan narazılıqlar artıq geridə qalıb”.

Vasif ƏLİHÜSEYN