Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.
Adalet.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Lukaşenko "Rossiya 1" telekanalına müsahibəsində deyib.
"Mən onunla sadəcə danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Rusiya ordusu bütün cəbhələrdə böyük məskunlaşma məntəqələrini nəzarətə götürüb, onların qarşısını almaq çətin olacaq", - Lukaşenko söyləyib.
O hesab edir ki, Zelenski dayanmasa, bütün Ukraynanı itirəcək.
"Ukrayna münaqişəsi ilə bağlı yaxşı təkliflər var, ABŞ Prezidenti Donald Tramp da buna şahiddir", - Lukaşenko bildirib.
Digər Xəbərlər

"Tezliklə Üçüncü dünya müharibəsi başlayacaq" - Zaxarova

Tramp barmaq silkələyərək arvadına nə deyib? - VİDEO

İrana qarşı sanksiyalar BƏRPA EDİLİR

Türkiyə Rusiya neftinin idxalını AZALDIR

İran “Rosatom”la 25 milyard dollarlıq müqavilə imzaladı

Vadeful: Rusiyanın NATO-nu məğlub etmək şansı olmayacaq

Ərdoğan Starmerlə müzakirə APARDI
