Ərdoğan Starmerlə müzakirə APARDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.
Adalet.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə–Böyük Britaniya münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan BMT Baş Assambleyasının Fələstində iki dövlətli həll istiqamətində irəliləyişə töhfə verdiyini vurğulayıb, Starmeri ölkəsinin Fələstini tanıması qərarına görə təbrik edib.
O, Böyük Britaniya və Fransanın bu addımını tarixi hadisə adlandırıb.
Ərdoğan əlavə edib ki, Fələstinə dəstək üçün yaranan dinamikanı qorumaq və Netanyahu hökumətini dayandırmaq məqsədilə diplomatik təzyiqlə yanaşı əlavə tədbirlər də görülməlidir.
Digər Xəbərlər

Tramp barmaq silkələyərək arvadına nə deyib? - VİDEO

İrana qarşı sanksiyalar BƏRPA EDİLİR

Türkiyə Rusiya neftinin idxalını AZALDIR

İran “Rosatom”la 25 milyard dollarlıq müqavilə imzaladı

Vadeful: Rusiyanın NATO-nu məğlub etmək şansı olmayacaq

Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib

KİV: Suriya ilə İsrail arasında təhlükəsizlik razılaşması son anda alınmayıb
