Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq

Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət xidmətləri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.
Layihəyə görə DXER operatoru tərəfindən 7 iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq 7 iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər

Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO

Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur

"Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır" - Kollegiyanın sədri

Ramil Həsən deputat mandatından istefa verəcək - SƏBƏB

Çıldıran və Aşağı Oratağ sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

“Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa buraxıldı

40 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb
