"Döyüşə hazır orduya sahib olmalıyıq" - Ermənistanın müdafiə naziri
"Ermənistan tərəfinin Azərbaycana qarşılıqlı silah nəzarəti təklifi regionun xeyrinə olacaq".
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Papikyan hesab edir ki, ölkələr qarşılıqlı razılaşma əsasında silahlara nəzarət edə və məhdudlaşdıra bilər: "Bizim vəzifəmiz ərazi bütövlüyünün və suverenliyinin təminatlarından biri kimi döyüşə hazır orduya sahib olmaqdır".
Hərbi balansın pozulub-pozulmadığı ilə bağlı sualı cavablandıran nazir Ermənistanın Azərbaycanla silahlanma yarışına girmək niyyətində olmadığını bildirib. O, bunun səbəblərindən biri kimi büdcənin böyüklüyündəki fərqi və bunun nəticələrə səbəb olduğunu göstərib: "Əgər biz regionda uzunmüddətli sülh istəyiriksə, o zaman nəzarəti bərqərar etmək və etimadı artırmaq üçün siyasi iradə lazımdır".