DTX: Fazil Mustafaya qarşı terror aktı törədilib
Mustafa Fazil Qəzənfər oğluna qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Digər Xəbərlər
12 Sentyabr 2026 17:41
Sabiq nazir vəfat etdi
12 Sentyabr 2026 16:13
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
12 Sentyabr 2026 11:16
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - VİDEO
12 Sentyabr 2026 10:24
45 nəfər saxlanıldı
12 Sentyabr 2026 10:04
Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO
12 Sentyabr 2026 10:01
Ağdərədə atla minaya düşən şəxs DANIŞDI - VİDEO
11 Sentyabr 2026 18:37
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
11 Sentyabr 2026 11:23


Bakı -°C

