DTX imtahan şəbəkəsini ifşa etdi - Saxlanılanlar var

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
Adalet.az xəbər verir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.
Digər Xəbərlər

Texniki baxımdan tənzimlənən malların idxalına dair QƏRAR

Londonda "YAŞAT" yay məktəbi davam edir

Nazir qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO

Azərbaycan səhiyyəsi “Kəmər və Yol” forumunda

Konsertlə bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi

ANAMA azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara çağırış edib

Şuşada maarifləndirici tədbirlər keçirilir - VİDEO
