DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi
Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Adalet.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Qeyd edək ki, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
O, sözügedən əməllərdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.
Mirədalət Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.
Digər Xəbərlər
10 Fevral 2026 18:31
Füzulinin şeirini, Cavidin poemasını oxuyub - Vardanyan 2 ilin hesabatını verdi
10 Fevral 2026 18:11
Vardanyana hansı cəza veriləcək? - YENİLƏNİB
10 Fevral 2026 17:03
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
09 Fevral 2026 19:53
Əli Kərimlinin həbs müddəti UZADILDI
09 Fevral 2026 13:17
Rüşvət almaqda təqsirləndirilən həkimlər həbs edildi
09 Fevral 2026 11:15
Vardanyanın məhkəməsi sabah davam etdiriləcək
06 Fevral 2026 11:10
Şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlandı
05 Fevral 2026 19:54


Bakı -°C

