İsrail Müdafiə Qüvvələri İranda səkkiz körpünü məhv edib - YENİLƏNİB
İsrail Müdafiə Qüvvələri (IDF) İranda 8 körpünü məhv edib.
Adalet.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.
İsrail hərbçiləri iddia edir ki, bu körpülər silah və texnikanın daşınması üçün istifadə olunurdu.
"İsrail Müdafiə Qüvvələri İran silahlı qüvvələri tərəfindən silah-sursat və hərbi əmlakın ölkənin müxtəlif bölgələrinə, o cümlədən Tehran, Kərəc, Təbriz, Kaşan və Quma daşınması üçün istifadə olunan səkkiz körpüyə hücum edib" - məlumatda qeyd olunub.
Mətbuat xidmətində bildiriblər ki, IDF İranın hərbi məqsədlərlə istifadə etdiyi bütün obyektlərə qarşı əməliyyatları davam etdirəcək.
17:55
İsrail Hərbi Hava Qüvvələri bu gün İrandakı dəmir yolu şəbəkəsinin təxminən 10 əsas hissəsinə və körpülərə zərbələr endirib.
Adalet.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşrinə bir mənbə məlumat yayıb.
Nəşrin məlumatına görə, hücumlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) silah daşımasının qarşısını almaqla bağlı səylərinin bir hissəsi olub.
Zərbələrdən qısa müddət əvvəl İsrail Müdafiə Ordusu İran sakinlərinə axşama qədər dəmir yolu nəqliyyatından istifadə etməkdən çəkinmələri barədə xəbərdarlıq edib.
Mənbə qeyd edib ki, SEPAH silah və hərbi yüklərin daşınması üçün dəmir yolu və avtomobil körpülərindən istifadə edib. İsrail daha əvvəl İranın infrastruktur obyektlərinə iqtisadi zərər vurmaq məqsədilə zərbələr endirməyə hazır olduğunu bəyan etmişdi.
Digər Xəbərlər
29 Noyabr 2026 00:03
Albaniyada etirazlar səngimir - YENİLƏNİB
28 Noyabr 2026 23:56
Evli olduğu ortaya çıxdı, sevgilisini maşında öldürüb nəşi ilə polisə getdi - Türkiyədə dəhşətli tale
28 Noyabr 2026 23:48
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur
28 Noyabr 2026 23:10
Los-Ancelesdə baş verən zəlzələ yanğına səbəb oldu
28 Noyabr 2026 22:50
"Fırtına qolf meydançasını faktiki olaraq məhv edib" - Tramp
28 Noyabr 2026 22:30
"Gürcüstan Avropadır" - Tbilisidə etiraz yürüşü keçirilir
28 Noyabr 2026 20:00
Krım körpüsü yerlə-yeksan ediləcək - Zelenski əmr verdi
28 Noyabr 2026 19:14


Bakı -°C

