DTX rəisi Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransında iştirak etdi
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.
Adalet.az xəbər verir ki, tədbirdə çıxış edən DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətində yaratdığı ağır fəsadlara diqqət çəkib. Çıxışda vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması, habelə döyüş zonalarından qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığı kriminogen vəziyyəti ağırlaşdıran təhlükəsizlik mühitinə ciddi təhdid kimi qiymətləndirilib.
Xidmət rəisi Yaxın Şərqdə davam edən böhranların, o cümlədən strateji boğazların blokadaya alınmasının dünya ticarətinə, enerji təhlükəsizliyinə və qlobal iqtisadiyyata mənfi təsirlərini qeyd etməklə mövcud qeyri-müəyyənliklər şəraitində heç bir dövlətin baş verən proseslərdən kənarda qala bilməyəcəyini, milli təhlükəsizliyin etibarlı təmin edilməsi və qarşıda duran çağırışlara vahid mövqedən yanaşılması məqsədilə tərəfdaş dövlətlər arasında təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Dünyada mövcud vəziyyətin qiymətləndirildiyi, müasir çağırışlar fonunda regional təhlükəsizliyin təmin olunması istiqamətində zəruri addımların müzakirə edildiyi iclasda müvafiq məsələləri əhatə edən yekun sənəd imzalanıb.
Digər Xəbərlər
17 Sentyabr 2026 19:26
Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirildi
17 Sentyabr 2026 17:21
Ceyhun Bayramov Casurbek Çoriyevi qəbul edib
17 Sentyabr 2026 17:09
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
17 Sentyabr 2026 16:40
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq” - İlham Əliyev
17 Sentyabr 2026 16:07
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 14:28
“Tehran Pekinin İrana dəstəyinin artırılmasını istəyir...” – Politoloq
17 Sentyabr 2026 14:09
Deputat universitetdən qovulan tələbəni belə müdafiə etdi
17 Sentyabr 2026 13:35


Bakı -°C

