Dünənki qəzada ölən ata-balanın FOTOSU
Goranboy rayonunda "Lada" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində ata və oğul həyatını itirib.
Adalet.az xəbər verir ki, hadisə yanvarın 1-i gecə saat 23:30 radələrində baş verib. Qəza nəticəsində avtomobilin sürücüsü, 40 yaşlı Adil Hüseynov və onun 17 yaşlı oğlu Sabir Hüseynov vəfat ediblər.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qəza zamanı xəsarət alan üç nəfər (bir kişi və iki qadın) xəstəxanaya gətirilib. Həkimlər bildirib ki, sürücü Adil Hüseynov xəstəxanaya çatdırılana qədər yolda dünyasını dəyişib. Onun 2009-cu il təvəllüdlü oğlu Sabir Hüseynova isə xəstəxanada bütün zəruri reanimasiya tədbirləri görülsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan digər iki qadın sərnişinə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ailələrinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunublar. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.
Digər Xəbərlər
25 Yanvar 2026 20:07
Piyada keçidində insident - Avtomobilin üzərinə tullandı - VİDEO
25 Yanvar 2026 15:09
Piyadalar ən çox gecə saatları vurulur...
25 Yanvar 2026 13:56
Tovuzda ağaclarının qırılması ilə bağlı araşdırma aparılır
25 Yanvar 2026 13:54
Buzlu yollarda köməksiz qalan şəxslər xilas edildi - VİDEO
24 Yanvar 2026 18:26
Təmir zamanı avtobusun altında qalan kişi belə xilas edildi - VİDEO
24 Yanvar 2026 18:21
Həmin fotodakı İlham Quliyev vəfat etdi
24 Yanvar 2026 09:13
Azərbaycan-İran dövlət sərhədində PUA zərərsizləşdirildi - FOTOLAR
23 Yanvar 2026 11:53


Bakı -°C

