adalet.az header logo
  • Bakı -°C
11 Mart 2026 16:58
81
İQTİSADİYYAT
A- A+

"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı

"Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard açıq şəkildə deyir ki, hazırkı geosiyasi vəziyyət səbəbindən əvvəlki iqtisadi proqnozların bir hissəsi artıq aktuallığını itirib və mart ayındakı iclasda yeni ssenarilər hazırlanacaq".

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki, artıq ən güclü analitik mərkəzlər belə əvvəlki hesablamalara tam arxayın ola bilmirlər.

"Bu, çox vacib etirafdır. Çünki iqtisadi proqnoz normal şəraitdə müəyyən xəta payı ilə işləyir. Məsələn, ÜDM və ya inflyasiya proqnozlarında 1-3 faiz bəndi səviyyəsində sapma adi sayılır, bəzi hallarda bu fərq 5 faiz bəndinə qədər çata bilər. Amma indiki qlobal şəraitdə məsələ artıq sadəcə statistik xəta deyil, bütöv ssenarilərin dəyişməsi səviyyəsinə gəlib çatır. Məhz buna görə mən həmişə 3 illik, 5 illik iqtisadi proqnozlara ehtiyatla yanaşıram. Dünyada müharibələr, enerji şokları və siyasi qərarlar bir neçə ay ərzində iqtisadi mənzərəni kökündən dəyişə bilir.

Əgər Avropa İttifaqının ən yüksək maliyyə qurumunun rəhbəri belə etiraf edirsə ki, birillik proqnozlar belə tez-tez yenilənməyə məcbur qalır, deməli bugünkü qlobal iqtisadiyyat əvvəlki kimi sabit və proqnozlaşdırıla bilən sistem deyil. Bu şəraitdə ən real yanaşma uzunmüddətli “dəqiq rəqəmlər”dən çox, müxtəlif ssenarilər üzərində düşünməkdir. Çünki artıq rəqəmlərin özü yox, qeyri-müəyyənliyin idarə olunması əsas iqtisadi bacarıqa çevrilib".