Dünya liderlərinin Milad bayramı ilə bağlı təbrikləri
Dünya liderləri və beynəlxalq təşkilat rəsmiləri İsanın mövludu olan Milad bayramı münasibətilə təbrik mesajları paylaşıblar.
Hər il 25 dekabrda Hz. İsanın mövludunu qeyd edən xristian bayramı olan Milad bayramı dünya liderləri və beynəlxalq təşkilatların rəsmiləri tərəfindən qeyd edilib.
ABŞ prezidenti Co Bayden mesajında, "Bu Milad ərəfəsində sizin və ailəniz üçün arzum odur ki, bir neçə dəqiqəlik sakit düşünəsiniz və Milad hekayəsinin mərkəzində olan sükunəti və bu sakit gecədə ətrafınızdakıların istiliyini tapacaqsınız..Bu Milad ərəfəsində Jill və mən Şaxta babanın harada olduğu ilə çox maraqlanan həyəcanlı gənc amerikalılarla söhbət etmək fürsətimiz oldu" - deyib.
Ukrayna prezidenti Vladimir Zelenski mesajında Ukraynanın hazırkı vəziyyətinə və hədəflərinə diqqət çəkərək, "Yeni il ərəfəsində olan gecələr ilin ən uzun gecələridir. Bununla belə, gün artıq uzanmağa və işığa hakim olmağa başlayıb. Qaranlıq geri çəkilir. Zülməti sonda itirəcək. Şər məğlub olacaq. Bu bizim ümumi məqsədimiz, ortaq istəyimiz, bu gün dua etdiyimiz budur. Qələbəmiz üçün. Ukraynamız üçün. Məsih Doğuldu! Ona həmd edin!" - deyib..
İngiltərə Baş Naziri Rishi Sunak Milad mesajında xidmət sektorunda çalışanlara diqqət çəkərək, "Sabahı səbirsizliklə gözlədiyimiz üçün, bayramlarda başqalarının xidmətində çalışan hər kəsə bir anlıq təşəkkür edək. Milad bayramınız mübarək" - deyib.
İspaniyanın Baş naziri Pedro Sançes: "Bu yaxınlaşma və qarşılaşma dövründə gəlin, birgəyaşayış, sülh və harmoniya olan İspaniyanı qurmağa davam edək. Bayramınız mübarək!".
Kanadanın Baş naziri Castin Trudeau mesajında "Hər kəsin Milad bayramı mübarək! Ümid edirəm ki, bayramlarınız xoş əhval-ruhiyyə və gözəl dostlarla dolu olsun. Necə qeyd etməyinizdən asılı olmayaraq, ailəm və mən sizə ən səmimi arzularımızı göndəririk" - deyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Milad mesajında, "Milad şəfqət və düşünmə vaxtıdır. Hamımız bu mövsümdən ilhamlana bilərik və dünyaya daha çox empatiya və həmrəylik gətirə bilərik". deyə bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Ghebreyesus dedi: "Bu gecə Milad gecəsini qeyd edən yaxın və uzaq bütün dostlara - mövsümün ruhu evlərinizi sağlamlıq, sevinc və sevgi ilə, qəlblərinizlə dolsun".
Emin


Bakı -°C

