adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Fevral 2021 21:38
26530
SAĞLAMLIQ

Dünyada peyvənd olunanların sayı 200 milyonu keçdi

Dünyada yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunan şəxslərin sayı 200 milyonu ötüb.

Adalet.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

İndiyədək 200 269 332 nəfər peyvənd olunub ki, bu da dünya əhalisinin 2,6%-ni təşkil edir.

Məlumata görə, vaksin vurduran şəxslərin 65 faizi ABŞ, Çin, Böyük Britaniya və Hindistanda yaşayır.