"Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
"Dünyagöz" xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində cinayət işi açılıb.
Adalet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır.
V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə çatıb. Pasiyent bununla əlaqədar Bakının müxtəlif tanınmış göz həkimlərinə müraciət edib.
Şikayətçinin bildirdiyinə görə, həkimlərin rəyi əsasında həmin dövrdə sol gözdə katarakt əməliyyatının aparılması məqsədəuyğun olmayıb. Belə ki, ilkin müayinə zamanı torlu qişada qanaxmalar müşahidə edilib və bu vəziyyət sonradan rubeozis iridis və qlaukoma xəstəliyinin yaranmasına səbəb olub. Kenan Yıldırımın yol verdiyi tibbi səhv nəticəsində onun sol gözü ömürlük görmə qabiliyyətini itirib.
Pasiyent daha əvvəl Kenan Yıldırımdan şikayət etsə də, araşdırma nəticəsində "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul olunub.
Lakin V.G.-nin şikayəti əsasında işə yenidən Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarın ləğv edilməsinə və materialların əlavə araşdırma aparılması üçün aidiyyəti orqana göndərilməsinə qərar verib.
Qeyd edək ki, məhkəmənin qərarı Kenan Yıldırımın təqsirli bilinməsi anlamına gəlmir və məsələ ilə bağlı araşdırma davam etdiriləcək.
Digər Xəbərlər
26 Iyul 2026 09:36
Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
25 Iyul 2026 11:44
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
25 Iyul 2026 11:24
Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
24 Iyul 2026 16:44
“Kondisioner xəstəlikləri”ndən qorunun!
23 Iyul 2026 10:25
D vitamini almaq üçün nə qədər günəş altında qalaq?
22 Iyul 2026 15:41
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
20 Iyul 2026 13:06
TƏBİB-dən yeni idarəetmə fəlsəfəsi - Tullantıların daşınmaması ciddi narahatçılıq doğurur
17 Iyul 2026 17:29


Bakı -°C

