Dünyanı silkələyən seysmik siqnallar: Sunamilər gözlənilir

15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz gün davam edən seysmik dalğanın mənşəyini müəyyən edib.
Adalet.az xəbər verir ki, müəmmalı hadisənin səbəbini çöl ölçmələri, peyk şəkilləri və kompüter modelləşdirməsindən istifadə etməklə müəyyən etmək mümkün olub.
“Science” jurnalında dərc edilən araşdırmada qeyd olunub ki, yerin monoton uğultu ilə müşayiət olunan titrəyişinin səbəbi Qrenlandiyanın şərqində Dikson Fyorduna çökən və sunamiyə səbəb olan dağ zirvəsi olub. Durğun dalğa Fyordun qapalı məkanında sahildən sahilə yellənib.
Tədqiqatlar göstərib ki, bu məsələdə təkanverici amil kimi iqlim dəyişmələri çıxış edib, nəticədə dağın yamacını sabitləşdirən əriyən buzlaq dənizə çöküb.
“Bu, əvvəllər belə uzun müddət ərzində müşahidə olunmayan seysmik siqnal idi. Qlobal istiləşmə əvvəllər heç vaxt görmədiyimiz hadisələrlə üzləşməyimizə gətirib çıxara bilər. Buzla örtülmüş ərazilərdə qlobal istiləşmə təkcə buzların qopmasına və yox olmasına deyil, həm də dağ yamaclarının sabitliyinin pozulmasına gətirib çıxarır. Çox güman ki, Qrenlandiyanın fyordlarında bizi yeni sürüşmələr və sunamilər gözləyir”, - tədqiqatçılar bildirib.
Digər Xəbərlər

Nazir: Türkiyə bu il Türk dövlətlərindən 1 milyondan çox turist qəbul edib

Kəskin istilər nəticəsində 2300 nəfərə öldü - Avropada...

"Almaniya tezliklə nüvə silahı əldə edə bilər" - Qrossi

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

Fransa müxalifət partiyasının qərargahında axtarışlar aparılıb

Zaxarova: Saxlanılanlarla bağlı Bakı ilə təmasdayıq

Fidan: Türkiyə Cənubi Asiyada sülh və sabitliyin tərəfdarıdır
