Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
Bakı nüfuzlu QS "Best Student Cities 2026" reytinqində mühüm uğura imza ataraq dünyanın tələbələr üçün ən yaxşı 100 şəhəri siyahısına daxil olub.
Adalet.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, Quacquarelli Symonds (QS) tərəfindən hazırlanan 2026-cı il reytinqində Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.
Paytaxt bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.
Reytinqin nəticələrinə əsasən, Bakı Cənubi Qafqazın ən yüksək göstəriciyə malik tələbə şəhəri seçilib. Bundan başqa, Azərbaycan paytaxtı Mərkəzi Asiyanın bir sıra iri şəhərlərini də geridə qoyub. Belə ki, siyahıda Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı yerdə qərarlaşıb.
QS-in "Best Student Cities" reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından qiymətləndirir. Reytinq hazırlanarkən universitetlərin beynəlxalq göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik səviyyəsi, yaşayış və təhsil xərcləri, beynəlxalq tələbələrin sayı, eləcə də tələbələrin şəhərlə bağlı rəyləri əsas meyarlar kimi nəzərə alınır.
Digər Xəbərlər
22 Iyul 2026 09:38
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
21 Iyul 2026 18:03
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
21 Iyul 2026 16:51
"Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya sillə kimi cavab - VİDEO
21 Iyul 2026 16:34


Bakı -°C

