"Dünyanın məşğul olduğu məsələlərdən geridə qalırıq" - Deputat

"Bu gün bölgəmizdə baş verən proseslər onu göstərir ki, hər bir dövlətdə əlahiddə institut ordudur. Diqqət etsək, döyüş meydanında çox sayda əsgəri deyil, kompüter arxasında əyləşən zəkaları görürük. Həmçinin, səmada sayrışan raketləri görürük".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, müsair dövrdə ordunun əsas fazası savadlı insanlardan, mütəxəssislərdən ibarət olmalıdır:
"Bunun üçün ölkədə təhsil sistemi, universitet mexanizmi o qədər güclü olmalıdır ki, ordumuz üçün keyfiyyətli və hazırlıqlı mütəxəssislər hazırlaya bilək. Təəssüf ki, bu gün ən çox müzakirə olunan məsələ yasda ehsan verək ya yox. Televiziyalarda xanım müğənnilərin kultroloji debatı gedir. Bu onu göstərir ki, biz dünyanın məşğul olduğu məsələlərdən bir qədər geridə qalırıq. Bunu mütləq ortadan qaldırmalıyıq".
Nicat
Digər Xəbərlər

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

"Azərbaycan qazına dünya bazarlarında böyük tələbat var" - İlham Əliyev

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu - FOTOLAR + YENİLƏNİB

İlham Əliyev Adolfo Ursonu qəbul edib - FOTOLAR - YENİLƏNİB

Milli Məclis Çin ilə yeni müqaviləni ratifikasiya etdi

"Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib" - Spiker

Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezidenti təbrik etdi
