DYP-dən sürücülərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir ki, yol qəzalarında ağır nəticələrə səbəb olan hallardan biri də sürücülərin hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamasıdır. Bu səbəbdən məhz yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sürücü, təəssüf ki, özü ilə yanaşı sərnişinləri və digər hərəkət iştirakçılarını təhlükəyə atmış olur.
Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətə çatdırır və bir daha hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.
Digər Xəbərlər

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

Paytaxtın bəzi yollarında işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib

Hazırda Bakı yolları - SİYAHI

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir

Bu avtobuslar 5 ay sonra fəaliyyətini bərpa edir

Bu yollarda sıxlıq var - SİYAHI
