DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi
Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
Adalet.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb.
Bildirilib ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər:
"Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır. Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar. Güclü küləyin təsiri nəticəsində ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə Azərbaycanda hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.
Digər Xəbərlər
21 Noyabr 2026 18:00
Leyla Əliyeva Hanoydakı açılış mərasimində - FOTOLAR
21 Noyabr 2026 14:50
Hanoyda Prezident və xanımının şərəfinə rəsmi nahar verildi - FOTOLAR
21 Noyabr 2026 11:42
Aqil Abbas: "Bu, təkcə Ağdamın yox, bütün Azərbaycanın bayramıdır!" - VİDEO
21 Noyabr 2026 11:00
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
21 Noyabr 2026 10:20
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə belə hazırlıq görülüb - VİDEO
21 Noyabr 2026 10:07
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
21 Noyabr 2026 00:12
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir
20 Noyabr 2026 21:38


Bakı -°C

