DYP: "Sürücü diqqətsizliyi hər an faciəyə yol aça bilər" - VİDEO
"Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bəzən faciə məkanına çevrilir".
Adalet.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, ötən gün paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var: "Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqətli olmağa çağırır. Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur".
Digər Xəbərlər
12 Sentyabr 2026 17:41
Sabiq nazir vəfat etdi
12 Sentyabr 2026 16:13
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
12 Sentyabr 2026 11:16
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - VİDEO
12 Sentyabr 2026 10:24
45 nəfər saxlanıldı
12 Sentyabr 2026 10:04
Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO
12 Sentyabr 2026 10:01
Ağdərədə atla minaya düşən şəxs DANIŞDI - VİDEO
11 Sentyabr 2026 18:37
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
11 Sentyabr 2026 11:23


Bakı -°C

