DYP sürücülərə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən Adalet.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır.
Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.
Bununla yanaşı, küləkli, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, bu tip nəqliyyat vasitələrinin sürücülərindən xüsusilə ehtiyatlı olmağı xahiş edirik".
Digər Xəbərlər

Hacı Şahinin qızının toyu oldu - VİDEO

Azərbaycan və Türkiyə SAT-SAS üzrə ikitərəfli xüsusi təlimlər keçirəcək

Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO

Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur

"Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır" - Kollegiyanın sədri

Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq

Ramil Həsən deputat mandatından istefa verəcək - SƏBƏB
