DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yaydı
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Tərtərdə dünən iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən Adalet.az-a bildirilib ki, ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində Adil Əhmədov və sərnişini – həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatlarını itirib, yük avtomobilinin sürücüsü isə xəsarət alıb:
"İlkin araşdırmalara görə hadisənin “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin qeydə alındığını bir daha təəssüf hissi ilə xatırladır və hazırda mövsüm üçün xarakterik olan isti havanın sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfərlər zamanı qısa müddətli istirahət etməyə çağırır.
Unutmayaq, təhlükəsizliyimizə diqqət həyatımıza və doğmalarımıza verdiyimiz dəyərdir".
Digər Xəbərlər
17 Iyul 2026 13:41
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
17 Iyul 2026 13:38
Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
17 Iyul 2026 13:28
Samir Şərifov sədr təyin edildi
17 Iyul 2026 12:36
"Mygov" platforması ilə bağlı - VACİB XƏBƏR
17 Iyul 2026 11:32
Azad edilmiş ərazilərdə 287 385 ha minadan təmizlənib
17 Iyul 2026 09:39
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
17 Iyul 2026 09:34
Bəzi rayonlara yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
16 Iyul 2026 16:44


Bakı -°C

