23 Sentyabr 2025 11:02
78
SAĞLAMLIQ

Hava dəyişkənliyi...

Hələ payıza bir neçə həftə qalmış respublikamızın ərazisində havalar dəyişdi. Yeni tempratur müsbət 30 dərəcədən 20- 15 dərəcəyə düşdü. Ölkə ərazisinə leysan yağışlar yağda, hətta bəzi dağlara və dağətəyi yerlərə qarda yağdı.

Və biz Allahın , təbiətin işlərinə qarışa bilmərik.Amma özümüzün əlimizdə olan bəzi imkanlardan istifadə etməliyik və belə dəyişkən hava şəraitində özümüzü respratur viruslardan və müxtəlif xəstəliklərdən qorumalıyıq! Təbii ki, hava şəraiti ilk növbədə uşaqlara və yaşlı insanlara mənfi təsir göstərir. Çünki onların çoxunun immunitetləri çox zəifdir və qripə, eləcə də digər xəstəliklərə başqalarına nisbətən daha tez yoluxurlar.

Onu da deyək ki, havalar soyuyandan uşaqlarda və yaşlı insanlarda qızdırma ilə müşayiət olunan xəstəliklər yayılıb. Həkim- terapevt Gülnara Məmmədova deyir ki, hər il ölkəmizə qrip əleyhinə peyvəndlər gətirilir. Sentyabr və oktyabr aylarında immuniteti zəif olan insanlar bu peyvəndi birmənalı olaraq vurdurmalıdırlar. Xüsusilə də, uşaqlar və risk qrupuna daxil olan yaşlı insanlar mütləq peyvənd vurdurmalıdır.

Çox təəsüf ki, əksər insanlar həkimlərin məsləhət və tövsiyələrinə qulaq asmır və nəticədə tez - tez qripə yoluxurlar.Həkim qeyd etdi ki, Nazirlər Kabineti koronavirusla bağlı  karantin müddətini yanvarın 1-nə kimi uzadıb. Deməli, bu xəstəliyin kökü hələ tamamilə kəsilməyib. Onu görə də, insanlar qapalı yerlərdə olarkən ehtiyatı əldən verməməli və maskalardan istifadə etməlidir. Bununla yanaşı, gigyenik qaydalara da , ciddi əməl olunmalıdır!!!

Emil Faiqoğlu