“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”
“Yeni iş qrafiki ilə bağlı müzakirələri diqqətlə izləyəndə aydın görünür ki, ortada nə “8-dən 6-ya endirmə”, nə də “müəllimlərin kütləvi ixtisarı” kimi emosional şəkildə təqdim olunan bir vəziyyət var. Elm və Təhsil Nazirliyi prosesi tamamilə konseptual mərhələdə aparır və 2027-ci ilin sentyabrından əvvəl hər hansı ciddi struktur dəyişikliyi nəzərdə tutulmur. Əksinə, məqsəd müəllimin nüfuzunu artırmaq, maddi rifahını yaxşılaşdırmaq və məktəbdə onun statusunu gücləndirməkdir”.
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, yeni modeldə saat-hesabı sistem saxlanılır, sadəcə onun yanında alternativ – tam ştatlı müəllim konsepsiyası qurulur:
“Bu modeldə müəllimə orta əməkhaqqından ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır və bu yalnız könüllülük əsasında, sertifikasiyada 51 baldan yuxarı nəticə göstərən müəllimlər üçün nəzərdə tutulur. Yəni ölkədəki 143 min müəllimin heç biri məcbur edilmir, heç kəs üçün risk yoxdur — əksinə, yüksək nəticə göstərənlər üçün əlavə imkan yaranır. Son günlərdə pafos və emosiyanın üstünlük təşkil etməsi təəssüf doğurur. Müzakirələrə faktlarla baxanda görürük ki, bu model müəllimi zəiflətmək yox, gücləndirmək üçündür. Məktəblə daha sıx bağlı, daha çox qazanan və sosial nüfuzu daha yüksək müəllim obrazı hədəf alınır. Mənim üçün də ən vacibi budur: müəllimə arxayınlıq, sabitlik və dəyər verən sistem qurulur. Buna görə də prosesə emosiyasız, real və təmkinli yanaşmaq lazımdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06
Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
10 Mart 2026 12:17
Buraxılış imtahanı sualaları çətin olub? - DİM-dən AÇIQLAMA
10 Mart 2026 10:04
İmtahan nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub
09 Mart 2026 09:20
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
06 Mart 2026 12:23
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ - Qəbul prosesi başa çatdı
05 Mart 2026 12:27


Bakı -°C

