adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2025 18:47
63
HADİSƏ
A- A+

 Partlayışlar nədən baş verir?

Son bir neçə gündə Bakıda bir -birinin ardınca partlayışlar baş verib. Təbii ki, bu da cəmiyyətin, insanların böyük narahatlığına səbəb olur. O partlayışların, yanğının biri Yasamal rayonunda çoxmərtəbəli binan 17- ci mərtəbəsində olub. Nəticədə 3 nəfər ölüb və 17 nəfər xəsarət alıb, hələ də ağir vəziyyətində olan insanlar var. Digər partlayış isə Nərimanov rayonunda yaşayış binalarının birində yaranıb.

Burada da qaz  sızmasinda partlayış olub.aydındındır ki, hadisə nəticəsində  5 nəfər müxtəlif dərəcəli xəsarət alıb.Və insanlar da  aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.Bəs görəsən , bu hadisələrə səbəb nədir? Bitmənalı olaraq məsuliyyətsizlik!

Yaşayıs binasının altında restoran olar? Heç harda olmasa da, ancaq bizdə olar? Qanunu, qanunsuz kim nə istəyir, yaşayış binalarının altında istənilən obyekti çox asanlıqla açır. Təki pulun olsun və o varsa, bütün qapılar üzünə açılar. Amma bax belə də faciələr baş verir. Ona görə də , aidiyyəti qurumlar binaların təhlükəsizliyi ilə bağlı  ciddi adamlar atmalıdır. Yəni qanunu pozan fiziki, hüquqi, vəzifələr  şəxslər cinayət və inzibati məsuliyyətə cəlb edilməlidir.Əgər belə olmasa, bax bu cür bədbəxt hadisələr ölkə ərazisində hələ çox ola bilər!!!

Emil Faiqoğlu