“İqtisadiyyat elə lobya kimidir, onu zorla dartıb uzatmaq olmur...”
“Rayonda anam lobya əkərdi. Lobya torpaqdan boy atanda dayaq olmadan təkbaşına hündürlüyə qalxa bilmirdi. Buna görə də atam, ya da mən onun yanında insan biləyi qalınlığında, 3–4 metr uzunluğunda ağac basdırardıq. Lobya da həmin dayağa sarılıb böyüyərdi. Məqsəd bitkinin inkişafına dəstək vermək idi. Lakin onun böyüməsi üçün tutub zorla dartanda, o qırılırdı. Dayaq basdırmayanda isə yüksələ bilməyib inkişafı zəifləyir və torpaqda çürüyürdü”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Bəzən küləkdə hansısa dayaq yıxılanda onu yenidən bərkidirdik ki, bitki yolunu davam etdirə bilsin. Bəzən də kənarda olan ağacların budaqları lobyaların üstünə uzanıb ora kölgə salanda, onların böyüməsinə mane olurdu. Buna görə də lobyaya mane olan budağı kəsirdik. Nəticədə bütün lobyalar öz dirəyi ilə inkişaf edirdi. Heç bir agaca imkan vermirdik ki, lobyaya kölgə salsın. Ən əsası lobyanı zorla yönləndirilməyə çalışmırdıq. Onları sərbəst buraxmışdıq. Bütün lobyalar üçün yaradılmış bərabər imkanlar şəraitində onlar günəş uğrunda öz gücünə rəqabət aparır, daha sağlam böyüyür və payızda bizə bol məhsul verirdilər. Metafora bir az qəribə görünsə də, amma iqtisadiyyat elə bu lobya kimidir. Onu zorla dartıb uzatmaq olmur. Buna cəhd edəndə o qırılır. Hamısı üçün bərabər imkanlar yaradılmayanda birinin kölgəsi digərini günəşsiz qoyub məhv edir. Ya da onların üzərinə əyilən kənar ağacların budaqlarını vaxtında kəsməyəndə budaqlar onu böyüməyə qoymur. Onlara nə qədər su və gübrə verilsə də heç nəyin faydası olmur”, - deyə iqtisadçı bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Mart 2026 11:46
Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri müzakirə edildi
02 Mart 2026 11:05
“İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə...”
28 Fevral 2026 12:15
“Bu qərar rəqəmsallaşma prosesini daha planlı və koordinasiyalı edəcək...”
28 Fevral 2026 11:30
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi TƏYİN ETDİ
28 Fevral 2026 09:56
"Rəqəmsallaşma ölkənin texnoloji inkişafına təkan verəcək" - İqtisadçı
27 Fevral 2026 16:06
Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alındı
27 Fevral 2026 12:20
Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 70 %-i tamamlanıb
27 Fevral 2026 11:51


Bakı -°C

