“Bu nankorlara qarşı son dövrdə etdiyimiz sülhsevərlik jestləri əbəsdir...”
“Ermənistan Avropa İttifaqı ilə imzaladığı razışlaşma protokolunu məhz Dağlıq Qarabağ kartı üzərində qurub. Onlar vaxtilə Leninin dediyi "başqa yolla" gedirlər. Bizim XİN narazılığını ifadə edib. Ermənistanın belə təxribatçı addımları, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı çoxbaşlı ləngitmə oyunları artan xətt üzrə davam edəcək”.
Adalet.az xəbər bunu yazıçı Səfər Alışarlı deyib.
“Mənə elə gəlir ki, bizim bu nankorlara qarşı son dövrdə etdiyimiz sülhsevərlik jestləri əbəsdir. Onlar hələ də 52 km-lik yolda çöpü-çöp üstünə qoymayıblar. Heç o fikirdə də deyillər. Zamanın uzanmasını özlərinə sərfəli sayırlar: əlaqələr yaradır, silahlanır, aldadıcı manevrlərini gücləndirir, təbliğat vasitəsilə daxili güc balansını dəyişirlər. Oxşayır ki, biz bu araqarışdıranlara qarşı 19 sentyabr 2023 antiterror əməliyyatını davam etdirməsək, istədiyimiz nəticə hasil olmayacaq”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

