“Bu addım Zəngəzur dəhlizi layihəsinə qarşı yönəlmiş mesaj xarakteri daşıyır...”
“İranın Naxçıvan aeroportunu vurması qırmızı xətti keçməkdir. Azərbaycan İrana qarşı hazırkı prosesdə tam təmkinli və neytral qaldı. Amma, İran Azərbaycanı da hədəf alır. Ümid edirik ki, bu, səhvən olub. Azərbaycandan İrana qarşı hərhansı bir təhdid yoxdur. Dövlət başçısı daima bunu İranın nəzərinə çatdırıb. Bundan sonra da Azərbaycan İranla bağlı siyasətində əvvəlki siyasətini davam etdirəcək. Amma, İran Azərbaycani təhdid edərsə, rəsmi Bakının mövqeyi dəyişə bilər.İran rejimi artıq öz süqutunu yaxınlaşdırır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, İran Naxçıvanı vurmaqla TRİP marşrutunu hədəf alır:
“İranın hərbi rəhbərliyi – İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) region ölkələrinin iqtisadi infrastrukturuna zərbə vurmaq və bölgəni xaosa sürükləmək siyasəti həyata keçirir. Rəsmi Tehran uzun müddətdir Azərbaycanı müxtəlif bəyanatlarla təhdid edir. Hazırda isə bu təhdidlərin real hərbi riskə çevrildiyi müşahidə olunur. ABŞ-nin təşəbbüsü ilə formalaşan TRİP layihəsinin əsas seqmentlərindən biri olan Naxçıvan Muxtar Respublikasının hədəfə alınması Tehran tərəfindən planlaşdırılmış addım kimi qiymətləndirilə bilər. Bu addım həm də region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinə qarşı yönəlmiş mesaj xarakteri daşıyır. Ötən gün Məsud Pezeşkian vilayət rəhbərliklərinə və hərbi strukturlara daha geniş müstəqil idarəetmə səlahiyyətlərinin verildiyini açıqlayıb. Bu qərar bəzi regional aktorların daha sərt və avantürist addımlar atmasına, nəticədə isə bölgədə hərbi eskalasiyanın dərinləşməsinə gətirib çıxara bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Aprel 2026 10:51
Azərbaycanda dollarlaşma azalır
14 Aprel 2026 10:38
Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB
14 Aprel 2026 10:10
Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdirib – Millət vəkili
13 Aprel 2026 17:02
Ötən il aktivlər və kredit portfelləri üzrə təmərküzləşmə azalıb
13 Aprel 2026 12:44
"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat
13 Aprel 2026 12:29
"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat
13 Aprel 2026 12:13
"Proseslərin elektronlaşması problemi tam həll etmir" - Vüqar Gülməmmədov
13 Aprel 2026 11:33


Bakı -°C

