İran ixracatı qadağan etsə, Azərbaycanda nə bahalaşacaq?
“Düşünürəm ki, İranın ərzaq ixracını müharibə səbəbilə məhdudlaşdırması Azərbaycan bazarına birbaşa təsir edəcək.Çünki iki ölkə arasında ticarətdə əsas payı məhz İranın Azərbaycana ixracı təşkil edir. 2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 647 milyon dollar olub. Bunun 633 milyon dolları İrandan Azərbaycana ixracatdır. Cəmi 14 milyon dolları Azərbaycandan İrana ixracdır. Yəni sadə dillə desək ticarətin təxminən 97 faizi İranın Azərbaycana satdığı mallardır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, 2025-ci ildə də oxşar vəziyyət olub:
“624 milyon dollar İran - Azərbaycan ticarət dövriyyəsi.Statistikaya görə İran Azərbaycana əsasən süd məhsulları və qida məhsulları - 111 milyon dollar, meyvə və qoz-fındıq 37 milyon dollar, tərəvəz və kök bitkiləri 34,9 milyon dollar, balıq və dəniz məhsulları 18,9 milyon dollar. Bu siyahıya əlavə olaraq praktikada çay, qənd, yağ, konservlər və digər ərzaqlar da daxildir. İran Azərbaycana xüsusilə ucuz və mövsümi kənd təsərrüfatı məhsulları göndərir. Əgər ixrac dayansa Azərbaycanın daxili bazarında - meyvə və tərəvəz, pomidor, xiyar, badımcan, alma, nar, sitrus məhsulları, kartof bahalaşacaq.İran təkcə bu kateqoriya üzrə Azərbaycana 70 milyon dollara yaxın məhsul satır.Eyni zamanda Azərbaycanın çay bazarında İran çayı və İran vasitəsilə gələn çay məhsullarının da payı kifayət qədər böyükdür. Bundan başqa ixracat dayanarsa Azərbaycanda bəzi bitki yağları, marqarin və qida yağları, süd məhsulları - pendir, süd tozu, qatıq və digər ucuz süd məhsulları bahalaşacaq. Bu kateqoriya üzrə İranın Azərbaycana ixracı 100 milyon dollardan çoxdur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
"Sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub" - Baş nazir
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:08


Bakı -°C

