“Güclü Azərbaycan regiondakı düzəni formalaşdıran dövlətdir...”
“Bu gün, erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür. 1998-ci ildən başlayaraq hər il bu gün Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi Zəfər və daha sonra lokal xarakterli antiterror tədbirləri ilə mifik və saxta “Böyük Ermənistan” ideyasına son qoyuldu:
“Güclü Azərbaycan regiondakı düzəni formalaşdıran dövlətdir. 108 il öncə soyqırıma məruz qalmış yaşayış məntəqələrimiz bu gün regionunun ən təhlükəsiz bölgələrindədir. Qüdrətli Azərbaycan dövləti hər bir vətəndaşımızın təhlükəsizliyini qoruyur və regional sülhə töhvə verir.1918-ci ildə xarici müdaxilələr nəticəsində iqtisadiyyatı iflic vəziyyətinə düşən Bakı şəhəri hazırda Cənubi Qafqazın əsas iqtisadi mərkəzinə çevrilib. 2 milyon 351 min nəfər qeydiyyatda olan sakini ilə Bakı 53.7 milyard manatlıq sənaye məhsulu istehsal edir. 63 milyon kv.m. mənzil fondu ilə Bakı Qafqazda ən böyük inşaat sektoruna malik olan şəhərdir. Azərbaycanda əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə çalışır. 1 milyon 797 min əmək müqaviləsinin 982.6 mini Bakıda qedyiyata alınıb.Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. Soyqırım nəticəsində həyatlarını itirən azərbaycanlıların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

