adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 09:46
82
MƏMLƏKƏT
A- A+

Kommunal xidmətlər səfərbər oldu: İntensiv yağışların fəsadları aradan qaldırılır - FOTOLAR

Ölkə ərazisində son iki gündə intensiv yağan yağışlar ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Adalet.az xəbər verir ki, Səbail rayon 58 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları daim ərazidə olduqları üçün problemli nöqtələri anında müəyyən edirlər.

Xüsusilə yağış sularının normal axını üçün su barmaqlıqları və drenaj xətləri diqqət mərkəzində olub. Şəhidlər xiyabanında aparılan operativ müdaxilələr nəticəsində yağış suları təmizlənib. Bununla yanaşı məhəllə aralarında yaranmış problemlər də anında aradan qaldırılır.

Qurumdan bildirilib ki, hava şəraitinin qeyri-sabit keçdiyi günlərdə bu cür operativ müdaxilələr davamlı xarakter daşıyacaq. Eyni zamanda, vətəndaşlara da yağış sularının axınına mane ola biləcək tullantıların küçələrə atılmaması tövsiyə olunur.

Aparılan təmizləmə işləri nəticəsində su barmaqlıqları yığılan tullantılardan və lil qatından azad edilib, bununla da yağış sularının maneəsiz axını təmin olunub. 

Görülən tədbirlər sayəsində ərazidə suyun səviyyəsi qısa müddətdə azalıb və sakinlərin gündəlik həyatına mənfi təsir minimuma endirilib.

Qeyd edək ki, Səbail rayon üzrə bütün  MKİS-lər öz işlərini aparır. Səbail rayon 58 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları öz xidməti ərazisində operativ şəkildə fəaliyyət göstərirlər.