İlham Əliyevin Mixeil Kavelaşvili ilə təkbətək görüşü oldu - FOTOLAR - YENİLƏNİB
Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə aprelin 6-da təkbətək görüşü olub.
Adalet.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.
Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.
Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.
Azərbaycan və Gürcüstan prezidentləri ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildiriblər, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdən sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb.
***
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.
Adalet.az xəbər verir ki, sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb.
Digər Xəbərlər
08 Aprel 2026 11:39
“İrana anlatdılar ki, daha proksilərlə bizə zəmin yaratmağa ehtiyac qalmayıb...”
08 Aprel 2026 11:35
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
08 Aprel 2026 11:30
“İranda da qəzəblə, nifrətlə, kinlə xalqı ram etməyin mümkün olmadığını anladılar”
08 Aprel 2026 11:24
“Bu, ikitərəfli atəşkəs olacaq” – Hərbi ekspert
08 Aprel 2026 11:11
Rəsmi Bakı: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq
08 Aprel 2026 10:59
ABŞ İranı kaputilyasiya sənədinə imza atdıra bilmədi – Politoloq
08 Aprel 2026 10:47
“Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil...”
08 Aprel 2026 09:33


Bakı -°C

