Rəsmi Bakı: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunub.
Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir.
"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.
Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.
Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - bəyanatda vurğulanıb.
Digər Xəbərlər
01 May 2026 11:05
Milli Məclisin iclası başlayıb
01 May 2026 10:57
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı - Nota təqdim edildi
01 May 2026 10:42
“Paşinyana məsləhət kimi olmasın...” – Politoloq
01 May 2026 10:19
“Uzaq bir regiondan bir ölkə gəlib sənin qonşunu vurursa...”
30 Aprel 2026 23:48
"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, Avropada birincidirlər" - Prezident
30 Aprel 2026 20:00
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
30 Aprel 2026 14:54
Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib
30 Aprel 2026 13:11


Bakı -°C

