“Uzaq bir regiondan bir ölkə gəlib sənin qonşunu vurursa...”
“İranda rejimin Azərbaycana qarşı münasibəti daima qeyri-konstruktiv olub. Buna baxmayaraq ikitərəfli münasibətlər davam edib. Azərbaycan İranla daima qarşılıqlı etimada uyğun olaraq əlaqələrin inkişafında maraqlı olub. İrana qarşı ABŞ-İsrail tərəfindən hücumuna neytral qalıb və İrana ilk humanitar yardım göndərib”.
Adalet.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, daima İran prezidenti ilə Azərbaycan prezidenti telefon təmasında olduğunu bildirib:
“İran qonşuları olan BƏƏ, Küveyt Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərin ABŞ-İsrailin yanında yer alaraq öz ərazisindən hərbi əməliyyatlara icazə verməsi beynəlxalq hüququn pozulması və qonşuluq dəyərlərinin tapdanmasıdır. Birmənalı şəkildə körfəz ölkələrinin İrana qarşı fəaliyyəti düşmən hərəkətidir. Qonşular arasında müharibə olar. Sabah da barışa bilər. Necəki Azərbaycan və Ermənistan arasında məlum müharibə və indi sülh prosesi. Körfəz ölkələri isə, İrandan onlara heç bir təhdid olmadan bu hərbi əməliyyatlara öz ərazisindən dəstək verdilər. Üstəlik də elan edirdilər ki, İran bizim mülki obyektləri vurur. Həmin mülki obyektlərdə isə, İsrail və ABŞ hərbçiləri olub. Uzaq bir regiondan bir ölkə gəlib sənin qonşunu vurursa, səndə ona yardım edirsənsə artıq bu sənin qonşu kimi varlığın mənim üçün təhdiddir. Körfəz ərəb ölkələri təkcə İran olmasın öz qonşularına qarşı heç nədən düşmən kimi davranıb”.
Politoloqun sözlərinə görə, Ermənistana Rusiya dəstək olanda biz kəskin şəkildə Rusiyaya etiraz etmişdik:
“Halbuki Rusiyanın dəstəyi gizli olub, rəsmi şəkildə inkar ediblər. İkinci Qarabag müharibəsində Moskva məcburi şəkildə neytral qaldı. Həmçinin İran Ermənistanla əməkdaşlıq edəndə sərt tənqid edirdik.İrandan Səudiyyə Ərəbistanı və körfəz ölkələrinə heç bir təhdid olmadan bu ölkələrin qonşusuna qarşı çox bağışlanmaz hərəkət ediblər. İrandakı rejimdən xoşumuz gəlməyə bilər.Məsələn, Fransa Azərbaycana qarşı gəlib Gürcüstan ərazisindən hücum edirsə, biz Gürcüstana necə baxmalıyıq?!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 May 2026 11:37
Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul ediləcək - YENİLƏNİB
01 May 2026 11:30
Deputat: "Dünyada “Dağlıq Qarabağ” adlı siyasi subyekt mövcud deyil"
01 May 2026 11:05
Milli Məclisin iclası başlayıb
01 May 2026 10:57
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı - Nota təqdim edildi
01 May 2026 10:42
“Paşinyana məsləhət kimi olmasın...” – Politoloq
30 Aprel 2026 23:48
"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, Avropada birincidirlər" - Prezident
30 Aprel 2026 20:00
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
30 Aprel 2026 14:54


Bakı -°C

