Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir
COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu il 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
Ə.İsmayılov qeyd edib ki, MEDİA və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub:
"Mövzunun spesifik cəhətini və müstəsna ictimai əhəmiyyətini nəzərə alan jurnalistlərimizin məlumatlandırma sessiyalarında fəal iştirakı cəmiyyətin informasiya ilə təminatında öz ciddi təsirini göstərəcək".
İcraçı direktorun sözlərinə görə, Azərbaycanda şəhərsalma mədəniyyəti böyük tarixi irsə söykənir:
"2024-cü ildə uğurla ev sahibliyi etdiyimiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atıb. Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda, qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olublar.
COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut edib ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir. İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq".
Digər Xəbərlər
20 Iyun 2026 15:07
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir”
19 Iyun 2026 13:25
Jurnalist vəsiqəsi pulsuz veriləcək
19 Iyun 2026 12:38
Azərbaycanda Media və Yayım Şurası yaradılır
17 Iyun 2026 13:48
MEDİA və İsƏT Xəbər Agentlikləri Birliyi əməkdaşlıq perspektivlərini müzakirə etdi - FOTOLAR
16 Iyun 2026 12:01
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
16 Iyun 2026 11:36
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31


Bakı -°C

