"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
"Bu gün sadəcə iki qurumun birləşməsi ideyası müzakirə olunmur. Eyni zamanda, Azərbaycan media islahatları yeni institusional mərhələyə qədəm qoyur. Azərbaycanda media islahatlarının başlanması Vətən müharibəsinin başa çatmasından təxminən iki ay sonra, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Bu, informasiya sahəsinə dövlətin münasibətinin nə qədər həssas olduğunu göstərir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədov deyib.
O bildirib ki, iki qurumun birləşməsindən sonra Azərbaycan mediası artıq yeni çağırışlara daha çevik reaksiya verəcək: "Rəqəmsal təhdidlər, ölkəmizə yönələn dezinformasiyaya qarşı birgə mübarizə daha çevik bir formada olacaq. Həm tənzimləmə, həm də dəstək funksiyaları birgə həyata keçiriləcək".
Digər Xəbərlər
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi - FOTOLAR
30 Iyun 2026 13:17
Bu hallarda saytlara məhdudlaşdırma tətbiq ediləcək
30 Iyun 2026 12:34


Bakı -°C

