Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır
Azərbaycana qarşı yönələn müəyyən informasiya mühitini çirkləndirmə hallarının əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "İnsan Hüquqları Aylığı" çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu MEDİA ilə birgə media nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda maarifləndirici məlumat sessiyasında deyib.
Onun sözlərinə görə, insan hüquqları çərçivəsində media nümayəndələri ilə aparılan məlumatlandırma sessiyaları çərçivəsində müsbət dinamika izlənilir:
"İnsan Hüquqları priotetdir. Düzdür, bəzi çatışmazlıqlar var, xüsusilə uşaq hüquqları və yeniyetmələrlə bağlı bağlı məlumatlarda buna rast gəlinir".
Natiq Məmmədli əlavə edib ki, Azərbaycana qarşı yönələn müəyyən təhdidlər, informasiya mühitini çirkləndirmə halları var:
"Əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir.Bizim media insan hüquqlarının prinsipini, onun doğru işıqlandırılması işini düzgün qura bilsə, Azərbaycanın beynəlxalq imicinin formalaşmasına da böyük töhfə vermiş olar".
MEDİA rəsmisi Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli informasiyalardan qorunması yönündə müzakirəyə çıxardığı qanun layihəsinə toxunub:
"Azərbaycan dövləti öz yeni nəslini sağlam, dövlətçilik əxlaqına, ailə, milli-mənəvi dəyərlərə uyğun olaraq tərbiyə olunmasını istəyir. Bu bizim gələcəyimizdən asılı olan bir məsələdir".
Digər Xəbərlər
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi - FOTOLAR
30 Iyun 2026 13:17
Bu hallarda saytlara məhdudlaşdırma tətbiq ediləcək
30 Iyun 2026 12:34


Bakı -°C

