“İndi bu oyunda bütün kartlar Paşinyanın əlindədir...” – Politoloq
“Nikol Paşinyana Rusiya ilə münasibətləri yaxşılaşdırmaq lazım deyil. Rusiya üçün münasibətləri Ermənistanla normal səviyyədə saxlamaq lazımdır ki, onu itirməsin. Rusiya indi çıxılmaz vəziyyətdədir, Ukraynada dalana dirənib”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Politoloqun sözlərinə görə, beynəlxalq miqyasda təcrid davam edir:
“Belə şəraitdə o Qərbdən asılıdır. Həm də asılıdır ki, Ermənistan birdəfəlik onun təsir dairəsindən çıxmasın. Ona görə də Rusiya çox çalışırdı ki, Paşinyanı hüquqi, dinc üsullarla hakimiyyətdən uzaqlaşdırsın, amma bu alınmadı. Çox gözəl anlayır ki, gələn parlament seçkilərində də bu alınmayacaq. Ona görə də çalışır ki, Paşinyan hakimiyyətdə qala-qala normal münasibətləri qorusun, yəni bundan böyük itkilərə məruz qalmasın. İndi bu oyunda bütün kartlar Paşinyanın əlindədir. Paşinyan da təbii ki, indi siyasəti öyrənib, əvvəllər naşı idi, çox səhvlər edirdi. Dildə Rusiya ilə münasibətlərin yüksək səviyyədə olduğunu deyir, amma daxildə isə bunun tam əksidir”.
Vasif
Digər Xəbərlər
16 Aprel 2026 16:32
Sahibə Qafarova İstanbulda Simonyanla görüşdü
16 Aprel 2026 16:24
Gənclərin idmana cəlb olunması, innovativ yanaşmaların tətbiqi və...
16 Aprel 2026 14:56
İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR
16 Aprel 2026 13:12
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Matviyenko
16 Aprel 2026 12:10
Aqil Abbas Türkiyə səfirinə başsağlığı verdi
16 Aprel 2026 11:23
“Hər oxuyan Molla Pənah olmadığı kimi hər İslam dövləti də Pakistan ola bilmir”
16 Aprel 2026 11:02
“Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb”
16 Aprel 2026 10:53


Bakı -°C

