İntihar çıxış yolu deyil...
Heç kimə sirr deyil ki, bu gün çoxlu sayda insan mənzil, avtomobil və digər daşınan və daşınmaz əmlak alanda banklardan kredit götürürlər! Əlbəttə, hər bir insanın evi, maşını olmalıdır. Amma gərək bunu kreditlə alanda dərindən düşünəsən!
Yəni bankalardan aldığın krediti müqavilədə göstərilən müddətdə geri qaytarasan! Çox təəssüf ki, bəzi adamlar kredit alarkən el dilində demiş olsaq " yorğanına görə ayaqların uzatmırlar". Yəni o pulu qaytarmaq imkanları olmadığı halda belə kredit götürürlər.Mən dəfələrlə yol polisinin keçirdiyi reydlərdə belə hadisələrin şahidi olmuşam.
Belə ki, reyd zamanı bank əməkdaşları da tədbirdə iştirak edib və kreditini verməyən sürücülər postda saxlanılaraq avtomobillər onlardan alınıb. O reyddə on avtomobil borcu olan insanlardan bank əməkdaşları tərəfindən alındı!Eləcə də mənzil alanlar bu gün krediti uzun müddət vermədiyinə görə, evlər banklar tərəfindən onlardan alınır. Bəziləri kredit borlarını verə bilməyəndə intihar etməyi çıxış yolu sayır. Amma bu da problemin həlli yolu deyil.
Çünki qanunda deyilir ki, kredit götürən ölərsə, həmin pul onların ailə üzvlərindən tutulur. Ona görə də bütün vətəndaşlar banklardan kredit götürərkən diqqətli olmalı, əgər o pulu qaytarmaq üçün imkanları yoxsa , yükün altına görməməlidirlər. Yəni bu ağır borcu ailə üzvlərinin üzərinə atılmamalıdırlar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
09 Oktyabr 2026 13:51
Bu il 9 velosipedçi yol qəzasında ölüb
08 Oktyabr 2026 22:40
Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır
08 Oktyabr 2026 20:31
Həmin çobanın atası da eyni yerdə MİNAYA DÜŞDÜ
08 Oktyabr 2026 17:38
Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - VİDEO
08 Oktyabr 2026 16:36
Cəbrayılda mina partladı - Xəsarət alan var
08 Oktyabr 2026 00:55
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44


Bakı -°C

