"Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı..."
"2026-cı ilin birinci rübündə külək enerjisi istehsalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə rekord səviyyədə, 26 dəfə artaraq 247,7 mln. kVt·st təşkil edib. Ötən ilin ilk 3 ayında külək enerjisi istehsalı 9.5 mln. kVt·st olmuşdu".
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu ilin birinci rübündə Azərbaycanda “yaşıl enerji” istehsalı isə 8 faiz artaraq 925 mln. kVt·st təşkil edib:
"Bu dövrdə İES-lərdə 6 066 mln. kVt·st, SES-lərdə 510,5 mln. kVt·st, digər mənbələr üzrə isə 414,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir. Yeni "yaşıl çağrışlar" yeni yanaşmaları aktuallaşdırır".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 May 2026 09:32
“Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır...”
29 May 2026 12:11
Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı
29 May 2026 12:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi - YENİLƏNİB + FOTOLAR
28 May 2026 12:54
Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
27 May 2026 12:06
“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başladı
27 May 2026 11:07
"Elə Prezidentin müşavirədə vurğuladığı əsas hədəf də məhsuldarlığın artırılmasıdır"
26 May 2026 12:02
Azərbaycanda qadınların daha tez pensiyaya çıxması təklif olunur
25 May 2026 22:00


Bakı -°C

