Kənddə naxırçı yoxdu...
Biz uşaq olanda hər səhər inəklərimizi, camışlarımızı naxıra aparıb, naxırçıya təhvil verərdik. O da səhərdən axşama kimi, kəndin örüş sahəsində heyvanları otarar, sonra da axşam düşəndə heyvanlar naxırdan həyətimizə qayıdardı.
Bir heyvanımızda gəlməyəndə yapışardıq naxırçının sinəsindən. O da and- aman edərdi ki, vallah, mən heyvanları dəmiryoldan sağ-salamat keçirmişəm, bir az gözləyin gəlib çıxacaq. Və bir qədər gözləyirdik , bir də görürdük ki, inəyimiz qapımızdadir! İndi kəndimiz yerindədir, amma nə naxır var,nə örüş, nə də naxırçı! Çünki kəndin otlaq sahələri yoxdur.Torpağın böyük bir hissəsini əkib- becərmək üçün camaata payladılar.
Qalan yerləri də evlər tikildi. " Palıdlı bağ" kimi tanınan yerdə bir qarış boş yer yoxdur və hər yerdə yeni mənzillər inşa edilib.Bax belə olanda da camaat mal- qoyununu ya öz təsərrüfatında , ya da həyətində saxlayir. Əlbəttə, bu da müəyyən çətinliklər yaradır.
Belə vəziyyətdə bir çox insanlar mal- qoyun saxlamaqdan imtina edir. Və onları satıb pula çevirir!!! Məhz bu amillərə görə də ölkəmizdə mal və qoyun ətinin qiyməti tez-tez artır. Kənd onda gözəl idi ki, o kəndin naxırı vardı, naxırçısı vardı! İndi bunların hamısı artıq tarixə qovuşub!!!Kəndlər də öz gözəlliyin zaman- zaman itirir!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

