adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 10:06
69
GÜNDƏM
A- A+

“Bu dəyişiklik məcburi və kütləvi xarakter daşıyarsa...”

“Bakıda tıxacların azaldılması üçün iş saatlarının dəyişdirilməsi müzakirə olunur. Amma indiki vəziyyətdə bunun ciddi effekt verəcəyini gözləmək çətindir.Bu model əsasən tıxacların günün cəmi 1-2 saatında yarandığı şəhərlərdə işləyir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

“Bakıda isə səhərdən gecəyə qədər davam edən davamlı nəqliyyat yüklənməsini 1-2 saatlıq qrafik dəyişiklikləri ilə həll etmək mümkün deyil. Bu dəyişiklik məcburi və kütləvi xarakter daşıyarsa, kiçik müsbət təsirləri istisna deyil. Amma mənfi tərəfləri də olacaq. Belə ki, dövlət və özəl sektor arasında koordinasiya problemləri, ailələrin gündəlik planlamasında çətinlikləri, iş və sosial həyat balansının daha da pozulması kimi hallar yarana bilər.Əlqərəz, həddindən artıq mərkəzləşmə dəyişmədən qalarsa, tıxac qaçılmaz olacaq”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN