adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 10:00
69
SİYASƏT
A- A+

Paşinyan onların fəaliyyətinə imkan verməyəcək - Politoloq

 “Ermənistanda Hayastan blokunun lideri, sabiq prezident R.Koçaryana qarşı rəsmi şəkildə ittiham irəli sürülməsi gözlənilir. R.Koçaryanın ölkədən çıxışına qadağa qoyulub. Ermənistan MSK R. Koçaryana qarşı ittiham sürülməsinə icazə verdi. N.Paşinyan seçki öncəsi R.Koçaryan və S.Karapetyana qarşı ciddi ölçülər götürəcəyini qeyd etmişdi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, ümumiyyətlə, Nikol Paşinyan Koçaryan və Karapetyana siyasi repressiya həyata keçirmir:

“Hər iki şəxs potensial olaraq Ermənistan dövlətçiliyi üçün təhdiddir. R.Koçaryan ölkəsini Rusiyadan asılı salmağa çalışır. Hakimiyyətdə olduğu müddətdə kifayət qədər cinayətlər edib. Hazırda davam etdirdiyi siyasət erməni xalqının maraqlarına ziddir. Rusiyanın göndərdiyi milyarder S.Karapetyanın missiyası Ermənistanı Rusiyaya bağlanması və Azərbaycana qarşı müharibəyə sürükləməkdən ibarətdir. Bu da Ermənistanın mövcudluğunu sual altına qoyur. S. Karapetyan xalqı yeni etirazlara çağırır. Göründüyü kimi, N. Paşinyanın bu şəxslərə qarşı təzyiqləri tam hüquqi müstəvidə və Ermənistanı qorumaqdan ibarətdir. N.Paşinyan Rusiyaya bağlı müxalifətin parlamentdə azad şəkildə fəaliyyətinə imkan verməyəcək”.

Vasif ƏLİHÜSEYN