Müharibənin taleyi dəyişir: Krım "adaya" çevrilir, Azov dənizində...
"Dünya hərb tarixi son 24 saatda görünməmiş bir logistik mühasirəyə şahidlik edir. Nüfuzlu The Telegraph nəşrinin hərbi analitiklərinin rəsmi hesabatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) Krımı hava, quru və dəniz yollarından tamamilə qopararaq xarici dünyadan təcrid edib. İşğal altındakı yarımadanı Rusiyaya bağlayan quru dəhlizləri və dəmir yolu qovşaqlarının vurulmasının ardından, indi Krım sözün əsl mənasında nəhəng, çarəsiz bir adaya çevrilir".
Adalet.az xəbər verir ki, bunu jurnalist İbrahim Nəbioğlu deyib
Onun sözlərinə görə, yarımadada elektrik enerjisinin tamamilə kəsilməsi, su qıtlığı və yanacaqdoldurma məntəqələrində benzinin tükənməsi ilə işğalçılar üçün əsl logistik cəhənnəm başlayıb:
"Amma ən dəhşətli zərbə dənizdən gəldi. Ukraynanın yeni yaradılmış Pilotsuz Sistemlər Qüvvələrinin (UAS) komandanı Robert "Madyar" Brovdinin açıqlamaları beynəlxalq mətbuatın manşetindədir:
Azov dənizində görünməmiş "Kölgə Donanması" qırğını!
Son 5 gün ərzində Ukraynanın zərbə dronları Azov dənizində və Kerç boğazında Rusiyanın beynəlxalq sanksiyalardan yayınaraq neft daşıdığı "kölgə donanması"na aid 90-a yaxın gəmisini, o cümlədən 75-dən çox yanacaq tankerini və bərələrini bir-bir ovlayaraq darmadağın edib!
Rusiya daxilindəki limanlarda və Azov sularında yanan tankerlərin peyk görüntüləri yayılıb. Rusiya tərəfi Azov dənizində və Don-Azov kanalında bütün gəmi hərəkətlərini tamamilə dayandırmaq məcburiyyətində qalıb".
O, deyib ki, bu, Rusiya iqtisadiyyatının dəniz ixracatının rəsmən kilidlənməsidir:
"Bu zərbələrin nəticəsi: Rusiya daxilində tam benzin kollapsı!Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatlarına görə, Ukrayna zərbələri nəticəsində Rusiyanın ümumi neft emalı gücünün 40%-dən çoxu (bəzi mənbələrdə 42.74%) tamamilə sıradan çıxarılıb.
Rusiya Federasiyasının rəsmi olaraq 83 regionundan 78-də dərin yanacaq böhranı elan edilib. Şəhərlərdə kilometrlərlə uzanan benzin növbələri, yanacaq rasionu və kənd təsərrüfatı texnikalarının tam dayanması ölkəni daxildən sarsıdır. Ukrayna heç bir raketdən istifadə etmədən, yalnız PUA-ların gücü ilə imperiyanın logistika damarlarını kəsir.
Savaş artıq Kremlin qapısını sındırıb içəri girib!".
Vasif ƏLİHUSEYN
Digər Xəbərlər
21 Noyabr 2026 11:50
"Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" - İlham Əliyev
21 Noyabr 2026 11:50
"Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik" - Vyetnam Prezidenti
21 Noyabr 2026 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR + YENİLƏNİB
21 Noyabr 2026 10:10
“İran Parlamentində Pakistanın siyasətini tənqid edənlərin sayı artıb”
21 Noyabr 2026 10:04
Üç supergücün hesabında Bakı var - Əliyevin Vyetnam səfərinin böyük sirri
21 Noyabr 2026 10:00
Nikol Paşinyan Konustitusiyanı dəyişəcək - Politoloq
21 Noyabr 2026 09:36
Prezident gürcüstanlı həmkarına başsağlığı verdi
21 Noyabr 2026 09:10


Bakı -°C

