İnsan yarandığı gündən dünyasını dəyişənə kimi , dərdin , qəmin, kədərin içində olur...Yəni ağlaya-ağlaya dünyaya gəlir və ağlaya- ağlaya da dünyadan köçür! Yəqin ki, buna heç kəsin sözü ola bilməz! Və olan varsa , mənə desin, mən də yazım...Çünki dünya belə yaranıb və belə də olacaq...
Allah təkdir və şəriki yoxdur! Dünyanı da Tanrı idarə edir! Ancaq bəzən elə qüvvələr peyda olur ki, Allahın yaratdıqlarının əksini gedir və onun sevdiklərini məhv edir.Axı Allah ədalətli, mərhəmətli , adıldir!Bəs , onda niyə ən ağır müsibətlər yaxşı adamların başına gəlir??? Yəqin ki, bu suala heç bir bəndə cavab verə bilməz.Ən azından o, Allah deyil. Yaxşı adamlar Allahı çox istəyir,onun dediyi, göstərdiyi yolla gedir! Yaxşı adamlar böyük günahlar eləmir... Ev yıxmır, adam öldürmür... Yaxşı adamlar təmiz adamlara şər- böhtan atmır, haqqa girmir...
Yaxşı adamlar paxıl deyil, qeybət eləmir, sələmə pul vermir... Və yaxşı adamlar ürəyiyumşaq, mərhəmətli, ədalətli olur... Bəs onlar niyə ailə faciəsi yaşamalı, gözünün ağı- qarası olan bir oğlunu itirməlidir? Və bir oğlunu itirəndən sonra o ana necə yaşayacaq??? O,yaşaya biləcəkmi??? Dərdin- qəmin içində yaşamaq yaşamaqdımı!!! Belə faciəli günlərdə onu nə ovudar??? Deyirlər ki, kim yaxşılıq və pislik edirsə , əməli gec- tez onun qabağına çıxır! Bələk də çıxır. Amma o boyda dərd verəndən sonra hansı yaxşılıq qabağına çıxsa, qətiyyən kiriyən deyil...
Bir tanıdığım gözəl insan var ! Adını çəkmirəm , xanımdı. Ömrü boyu hamıya yaxşılıq edib, yetimə- yesirə, kasıba əl tutub, arxa durub. Və çox sinəsinə döyən kişilərdən karlı kişi olub. Onun bir neçə gün öncə 40 yaşında oğlu rəhmətə gedib. Heç zəng edib, başsağlığı da verməyə ürəyim gəlmir! Çünki adamın dili gəlmir ey, desin ki, Allah oğlun rəhmət eləsin və sizə səbr versin. Sabah oğlunun "Təzə pir" məscidində üç məclisidi, orda təsəlli verərəm!
Çox ağırdı belə dərd ! Gərək Allah-təala bu dərdi o xanıma verməyəydi. Axı Allah ədalətlidi! Ədalətlidirsə , bir gözəl , mərhəmətli,ədalətli ananı niyə mələdir? İndi o ana mələyə- mələyə balasın axtarır. Bu dünyada mələyə- mələyə o qədər balasını axtaran analar var ki! Allah onların hamısına , eləcə də bizim yaxınımız olan xanım bacımıza səbr versin! Və bir də deyirlərlər ki, Allah böyük dərd verəndə , böyük də səbr verir! Yoxsa , dərddən adamın ürəyi partlayar. Və hərçənd ki, dərddən ürəyi partlayan adamlar da az olmayıb!!!


Bakı -°C
